Avrasiya İttifaqına üzv dövlətlər ABŞ dollarından imtina etməlidirlər.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Ermənistan baş nazirinin müavini Mqer Qiroqryan çıxış edib.
Onun sözlərinə görə, ittifaqa üzv dövlətlər vahid valyuta sisteminə keçməlidirlər:
“Başqa bir birliyin vahid valyutasından istifadə etmək və vahid valyuta zonasının olmaması ittifaqa üzv dövlətlər arasında iqtisadi inteqrasiyaya mane olur. Bu prosesin aktuallığı aydındır və bu, aktiv olaraq gündəmdə qalacaq”.