İŞİD-in İraqda həyata keçirdiyi hücum zamanı 3 nəfər öldürülüb, 6 nəfər ağır yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə türkmənlərin yaşadığı Kərkük və Diyalədə baş verib.
İŞİD terrorçuları Kərkük şəhərinin 55 kilometrliyindəki Əl-Abbas məntəqəsinə silahlı hücum həyata keçirib. Nəticədə 1 polis və 1 dinc sakin öldürülüb, 1 nəfər isə yaralanıb. İŞİD terrorçuları dərhal hadisə yerindən qaçıb.
Digər bir hücum isə Diyalənin Əz-Zur bölgəsində qeydə alınıb. Yola yerləşdirilən minanın partlaması nəticəsində 1 hərbçi ölüb, 5 nəfər yaralanıb.