Suriya sahillərində rus təyyarəsinin vurulması rəsmi Moskvanı hərəkətə keçirib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Vladimir Putinin Suriyada rus əsgərlərinin təhlükəsizliyini gücləndirmək üçün hərəkətə keçəcəklərini bildirməsindən sonra Suriya sahillərində əməliyyata başlayıb.
Bir həftə sürən əməliyyatlar zamanı Suriya hava məkanı uçuşlara bağlı olacaq.
Rusiyanın bu səviyyədə narazılığı rəsmi Tel-Əvivi hərəkətə gətirib. İsrail Hərbi Hava Qüvvələri komandanının başçılığı altında bir qrup nümayəndə Moskvaya gəlib.
Heyət Rusiya tərəfinə təyyarənin vurulmasının onların günahı olmadığını sübut etmək üçün rəsmi sənədlər təqdim edəcək.
Xatırladaq ki, yaşanmış insidentdən sonra İsrail hökuməti vəziyyətin daha da pisləşməməsi üçün bütün bilgiləri paylaşmağa hazır olduğunu açıqlamışdı.