Dövlət katibi Mayk Pompeo ABŞ-ın İranla danışıqlara hazır olduğunu bildirib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, “İran öz siyasətini dəyişərsə, biz onunla danışıqlara başlayacağıq” – deyə Mayk Pompeo bəyan edib:
“Biz aydın bildirmişik – rejimin dəyişməsi Trampın siyasəti deyil. Bizim İrandan istəyimiz çox sadə məsələdir. Ər-Riyadı raketlə vurmağa, “Hizbullah”ı və terrorçuları silahlandırmağa, İsraili təhdid etməyə son qoymağa nə deyirlər? Bu, bizim bütün dünya ölkələri qarşısında qoyduğumuz sadə tələblərdir. İrandan da bunları gözləyirik.
İslam dövləti bu şərtlərlə razılaşarsa, biz onlarla danışıqlara hazırıq. Tramp bu barədə razılıq verib artıq. Ancaq onların bizim şərtlərlə razılaşması barədə heç bir addım görmürük”