23 Sentyabr 2018 20:18
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın sərhədində yerləşən Viktoriya gölündə gəmi qəzası baş verib.

Gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə sentyabrın 21-də Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

Xilasedicilərdən başqa, yüzlərlə könüllü itkin düşənlərin axtarışına çıxıb.

Qeyd edək ki, gölün Tanzaniya tərəfində analoji fəlakətlər tez-tez baş verir. 2012-ci ildə Zanzibar adasında gəminin batması nəticəsində 145 sərnişin boğulmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər