ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Halley İranın Ahvaz şəhərində 25 nəfərin ölümünə səbəb olan terror aktı ilə bağlı Tehranın ittihamlarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, CNN-ə müsahibə verən N.Halleyə görə, əgər İran rəhbərliyi ölkədəki terrorun səbəbini bilmək istəyirsə aynaya baxmalıdır: "İstədikləri qədər bizi ittiham edə bilərlər. Amma həqiqəti bilmək istəyirlərsə aynaya baxsınlar".
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkədəki terror aktına görə ABŞ-ı ittiham edib.
Ahvaz şəhərindəki terror aktı zamanı 24 nəfər ölüb, 53 nəfər yaralanıb. Teraktı törədənlərdən ikisi öldürülüb, ikisi sağ ələ keçirilib.