Ermənistanda siyasi sistemin işləməsi üçün öncə onu qurmaq lazımdır. Belə bir sistem isə yoxdur.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistanda “Qafqaz” institutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan deyib.
Politoloqun fikrincə, demokratiya – səs verən insanlar demək deyil, ondan da üstün bir şeydir: “Bunu bir səslə, bir imza ilə, bir qanun layihəsi ilə edə bilməzsən. Bunu hakimiyyət və tək insan bacarmaz. Bunu siyasi partiyalar edə bilər, amma əvvəlcə onlar siyasi partiyaya çevrilmədirlər... Bu, uzun və yorucu prosesdir”.