Türkiyəli rəsmilərlə bu həftə rahib Endryu Bransonla bağlı məsələnin müzakirəsini gözləyirik.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, Türkiyədə həbsdə olan rahib bu ay sərbəst buraxıla bilər: “Hətta o, dərhal azadlığa çıxarılmalıdır”.
Xatırladaq ki, Endryu Branson casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunur.