Güney Azərbaycanın Təbriz şəhərinin mərkəzi meydanın olan Fəhmidə qoyulmuş “Fars dili” lövhəsi götürülüb.
Teleqraf.com xəbər verir ki, lövhə başqası ilə əvəz edilib.
Onun yerinə “Riyaziyyat” lövhəsi qoyulub. Bu, azərbaycanlı fəalların kəskin etirazından sonra baş verib.
Fəallar əvvəlki lövhə quraşdırıldıqdan sonra fars dilində yazılmış ifadələri silərək, Azərbaycan dilində şüarlar yazmışdılar.