25 Sentyabr 2018 17:19
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Gina Haspel yeni dönəmdə casusluq fəaliyyətinin gücləndiriləcəyini, ərəb, Çin, fars və türkcə danışan agentlər hazırlayacaqlarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Gina Haspel 11 sentyabr hadisələrindən sonra xaricdə terrorla mübarizə əməliyyatlarında taktikanınn yenidən dəyişəcəyini söyləyib.

Onun sözlərinə görə, 11 sentyabr hadisələrindən əvvələ qayıdıb rəqib dövlətlərə qarşı casusluq fəaliyyəti ilə məşğul olacaqlar.

Gina Haspel ən çətin və ağır məsələlərlə bağlı kəşfiyyat məlumatlarının toplanmasında casus və analitiklərdən daha çox yararlanacaqlarını vurğulayıb: “Biz rəqib ölkələrə diqqətimizi gücləndirəcəyik”.


Müəllif: Leyla