ABŞ Müdafiə Nazirliyi İranın Fəratın sağ sahilinə endirdiyi raket zərbələrini pisləyib.
Teleqraf.com xəbər verir ki, Pentaqon sözcülərindən Sin Robertson bu hücumdan qabaq heç bir ölkənin xəbərdar olunmadığını vurğulayıb:
“Koalisiyamızın heç bir üzvünə zərər vurulmasa da, bu, bölgədə İŞİD-lə mübarizə aparan ölkələrə ciddi təhlükədir. Koordinasiyasız hava hücumu etmək sivil və hərbi qanunlara ziddir.
Koalisiya İŞİD-in Fərat sahilində qalan qüvvələrini məğlub etmək gücündədir. İranın bu bölgədəki hərəkətləri məsuliyyətsiz, güvənsiz və gərginlik artırandır”.