Rusiyanın yeni “S-500” raket kompleksinin xarakteristikası açıqlanıb.
Teleqraf.com xəbər verir ki, “Almaz-Antey” Hava və Kosmik Hücumdan Müdafiə Konserninin rəhbəri Yan Novikov bu barədə açıqlama verib:
“Bu gün dünyada həm hücum, həm də əks-hücum sahəsində ən güclü texnologiyalardan istifadə olunur. Yeni komplekslərimizi yaratmaqda məqsədimiz daha da uzaqlardakı hədəfləri vurmaq deyil. 500 km məsafədə müdafiə kifayətdir. Hədəfləri daha effektiv və başqa üsullarla vuracağıq. Lakin bu barədə açıqlama verə bilmərəm”.
Qeyd edək ki, artıq yaxın zamanlarda Rusiya yeni S-500 raket komplekslərinin istehsalına başlayacaq.