7 Oktyabr 2018 09:15
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyadan olan 23 yaşlı Harri Evans adlı gənc Avstraliya tarixində ilk dəfə olaraq dəniz ilanının qurbanı olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, oğlan Qrut-Aylend adası yaxınlığında balıqçı traulerində sudan tor çıxardan zaman ilan onu sancıb.

Mütəxəssislər təəssüflə qeyd edirlər ki, Harrinin ölümünə dəniz ilanının zəhəri deyil, gəminin sahildən uzaqda – qitənin şimal sahilindən 640 km aralıda olması səbəb olub. Ona vaxtında zəhər əleyhinə zərdab vurulsaydı, faciəvi sonluqdan qaçmaq olardı.

Dəniz ilanları zəhərli heyvanlar kateqoriyasına aiddirlər. Lakin mütəxəssislər hesab edirlər ki, onların sancdığı 10 insandan 7-si vaxtında tibbi yardım göstəriləcəyi təqdirdə sağ qalır. Dünyada 56 növ zəhərli ilan növü mövcuddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər