7 Oktyabr 2018 22:25
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SSRİ-nin sonuncu konstitusiyasının qəbul olunduğu gündür.

Teleqraf.com xəbər verir ki, 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin Əsas Qanunu 1991-ci ilə qədər qüvvədə olub.

SSRİ Ali Sovetinin növbədənkənar VII sessiyasında qəbul edilən konstitusiya 1936-cı il konstitusiyasını əvəzləyib.

Bu konstitusiya bir partiyalı siyasi sistemi təsbit edib və tarixə “inkişaf etmiş sosializm konstitusiyası” kimi düşüb.
1977-ci il SSRİ konstitusiyasına müvafiq olaraq 1978-ci ildə müttəfiq və muxtar respublikalar da yeni konstitusiyalar qəbul edib.

Azərbaycan SSR-nin konstitusiyası 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında, Naxçıvan MSSR-in yeni konstitusiyası isə Naxçıvan MSSR Ali Soveti tərəfindən 1978-ci il mayın 30-da qəbul olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər