10 Oktyabr 2018 11:58
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının deputatları Mihran Hakobyan, Karen Bekaryan, Arman Saqatelyan və Samvel Fərmanyan dekabrda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanı dəstəkləyəcəklərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, deputatlar artıq bununla bağlı yazılı açıqlama yayımlayıblar.

Açıqlamada deyilir:

“Nikol Paşinyan hər kəsin maskasını cırır. O, bir çoxlarından fərqli olaraq, heç kəsin yanında xəcalətli deyil. Ölkədə ədaləti bərpa etmək lazımdır. Bu iş də ləyaqətlə görülməlidir”.

Keçmiş Prezident Serj Sərkisyanın tərəfdarları Respublika Partiyası daxilində Paşinyana qarşı çirkin oyunların oynanıldığını da etiraf ediblər:

“Bizi geri çağırmayın, ya da fikrimizdən döndərməyə çalışmayın. Bu ucuz oyunda iştirak etmirik. Əgər problemlərin həlli üçün sivil yol tapa bilmirsinizsə, geri çəkilmək ən yaxşı vasitədir. Səssiz gözləyəcəyik. Eyni zamanda biz yeni bir Ermənistan üçün mümkün olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl parlamentdə təmsil olunan “Yelk” və “Çarukyan” fraksiyaları gələn ilin aprel-may aylarında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin bu ilin dekabrında keçirilməsinə qərar veriblər. Parlamentdə yalnız Respublika Partiyası bu qərara etiraz edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər