11 Oktyabr 2018 13:25
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Lakin həll prosesində hansısa irəliləyiş yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bu illər ərzində münaqişə tərəflərinin çoxlu sayda itkilər verdiyini bildirib: “Qarşıdurma minlərlə insanın həyatına son qoydu. Hələlik səylər nəticə vermir”.

Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağdakı rejimin prosesə dialoq cəlb edilməsinə razı olmadığını diqqətə çatdırıb: “Lakin biz hesab edirik ki, Dağlıq Qarabağın statusunu bu bölgədə yaşayan insanlar müəyyən edə bilərlər”.

Baş nazir münaqişənin hərbi yolla həll variantının təhlükəli olduğunu vurğulayıb: “Sülhə nail olmaq üçün səyləri artırmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər