Ermənistan və Kanadanın baş nazirləri birgə keçirdikləri toplantıya Ermənistanın bayrağının rənglərini özündə əks etdirən corabları geyinərək qatılıblar.
Teleqraf.com xəbər verir ki, corab baş nazirlər – Nikol Paşinyan və Castin Tüdor üçün xüsusi olaraq hazırlanıb.
Paşinyan fotonu sosial şəbəkədə paylaşaraq, “Verdiyimiz sözü yerinə yetirdik, tədbirə bu xüsusi corabları geyinərək qatıldıq”, qeydini yazıb.
Lakin sosial şəbəkəni Ermənistandan olan istifadəçiləri baş nazirlərin bu addımına etiraz ediblər. Ermənilər Paşinyanın Ermənistanı təhqir etdiyini və bunun üçün Kanadanın baş nazirinə də şərait yaratdığını iddia ediblər.
Qeyd edək ki, corablar Kanadanın Baş naziri Castin Tüdorun şərəfinə hazırlanıb.