22 Avqust 2014 11:13
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Marya Harf, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyənin Ədalət və İnkişaf Partiyasına başçı namizədi keçməsi ilə əlaqədar "Türkiyədəki növbəti baş nazirlə işi səbirsizliklə gözlədiklərini" -deyir.

Harf gündəlik mətbuat konfransında Davudoğlunun Ədalət Partiyasına Ümumi Başçı namizədi göstərilməsiylə əlaqədar şərhində "Bunun bir namizədlik olduğunu anlayıram. İndi işləməsi lazım olan bir müddət var. (Türkiyədə) Növbəti baş nazir kim olursa olsun onunla birlikdə işləməyi səbirsizliklə gözləyirik" dedi.

Bir başqa sual cavab olaraq Harf ABŞ xarici işlər naziri Con Kerrinin nazirliyi boyunca Davudoğlu ilə çox yaxın əlaqəda olduğunu, bu həftə də onunla xüsusilə Qəzza mövzusunda və digər mövzularda bir neçə dəfə görüşdüyünü diqqətə çatdırıb.

/anspress/


Müəllif:

Oxşar xəbərlər