16 Oktyabr 2018 21:01
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqton Post" yazarı Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə gündəmə gələn Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəni tərk edib.

Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə ölkəsinə yola düşüb.

Məlumata görə, müxalifətçi ərəb jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək təhqiqat qrupunun baş konsulun iqamətgahında axtarış aparmalı imiş.

Xatırladaq ki, dünən 10 polis məmuru və bir prokurordan ibarət olan Türkiyə heyətinin 9 saatlıq apardığı araşdırmasından sonra Qaşıqçının öldürüldüyünə dair dəlillərin tapıldığı bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər