17 Oktyabr 2018 23:05
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə adları "boz siyahıda" olan "Zülfiqar" ləqəbli PKK terrorçusu Yusif Tunç məhv edilib.

Teleqraf.com xəbər verir ki, Adıyaman vilayətinin Kömür Bəldəsi bölgəsində aparılan anti-terror əməliyyatı zamanı əmrə tabe olmayan terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə Yusif Tunç öldürülüb, daha bir terrorçu sağ ələ keçirilib.

Qeyd edək ki, avqustun 16-da Adıyamanda hərbi maşının keçdiyi yolda bomba partladılıb və hərbçilər atəşə tutulub. Bu terror aktı nəticəsində 4 hərbçi şəhid olub. Faktla bağlı aparılan əməliyyat axtarışları nəticəsində Yusif Tunçun anası Şehriban Tunçun evində PKK terrorçularına məxsus maddi sübutlar aşkar olunub. O cümlədən terrorçunun anası Şehriban Tunça yazdığı məktub tapılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər