ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini ləğv edib.
Teleqraf.com xəbər verir ki, amerikalı nazir Ər-Riyadda keçirilək FII konfransında iştirakdan imtina edib.
"Bir az əvvəl ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo ilə bir araya gəldim və Səudiyyə Ərəbistanında Gələcəyə Yatırım Təşəbbüsü konfransına qatılmamağı qərara aldım", - deyə o bildirib.
Stiven Mnnuçin konfransa qatılmaq üçün Tramp və Pompeo ilə məsləhətləşdiyini vurğulaması diqqət çəkib.