Estoniyanın “Kroonika” juranlı Estoniya prezidenti Toomas Hendrik İlvesin xəyanətə uğradığı barədə məlumat dərc edib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, jurnalın üz qabığında ölkənin birinci ledisi Evelin İlvesin naməlum şəxslə öpüşdüyü foto yer alıb. Bundan başqa, internetdə yerləşdirilən qısa videoda cütlüyün rəqs edərkən qucaqlaşdığı və öpüşdüyü videokadrlar da yer alıb.
Jurnalın məlumatına görə 47 yaşlı birinci xanım “öz statusunu və evli olduğunu” unudaraq paytaxt Tallinnin “Komeet” kafesində sərbəst hərəkətlərə yol verib.
Hadisə şahidlərinin sözünə görə Evelin İlveslə görüntülənən kişi 30 yaşlarında, estonca danışan biri olub. Kafedəki əyləncə bitikdən sonra onların birlikdə məclisi tərk etdikləri və maşınla ərazidən uzaqlaşdıqları bildirilir. Məlumata görə, prezident həmin gün ölkə ərazisində olsa da, onun dəqiq yeri məlum olmayıb. “Kroonika” jurnalının iddiaları ilə bağlı prezident ailəsindən hələ ki, heç bir açıqlama gəlməyib.
Xatırladaq ki, 2004-cü ildə ailə həyatı quran Toomas Hendrik İlves və Evelin İlvesin Kadri Keyu adlı qız övladları var.