21 Oktyabr 2018 11:14
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.

Teleqraf.com xəbər verir ki, futbolçu İspaniya çempionatının IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Beləliklə, argentinalı futbolçu Primeronun "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında "İnter"ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər.

Bundan əvvəl Messinin "Sevilya” ilə görüşdə zədələnərək meydanı erkən tərk etdiyi məlumat verilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər