21 Oktyabr 2018 15:51
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətində parlament seçkilərinin ikinci günü törədilən partlayış nəticəsində 11 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “1TV” telekanalı əyalətin nümayəndəsi Ayətulla Xoqiyaniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Açin rayonunda avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olanlardan 6-sı uşaq, 1-i qadın, 4-ü isə kişidir.

“Buna baxmayaraq əyalətdə səsvermə prosesi davam edir”, – deyə əyalət rəsmisi bildirib.

Qeyd edək ki, Əfqanıstan parlamentinin aşağı palatasına seçkilərin ilk günü – oktyabrın 20-də ölkə üzrə ümumilikdə 192 silahlı insident qeydə alınıb. Nəticədə ən azı 44 nəfər həlak olub, 238 nəfər yaralanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər