21 Oktyabr 2018 17:14
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vesti Krım” telekanalı oktyabrın 17-də Kerç Politexnik Kollecində IV kurs tələbəsi Vladislav Roslyakovun törətdiyi qətliamın videosunu yayıb.

Teleqraf.com xəbər verir ki, müşahidə kameralarından əldə edilən görüntülər əsasında hazırlanan süjetdə onun partlayıcı maddəni və silahları kollecə necə gətiməsi görünür. Həmçinin, kadrlarda partlayış anı və güllələnmə kadrları da əks olunub.

Qeyd edək ki, məlum qətliam nəticəsində 21 nəfər – 16 tələbə və 5 kollec əməkdaşı həlak olub, 50 nəfər xəsarət alıb. Nişançı sonda özünü güllələyib.

Sözügedən videonu təqdim edirik.


Müəllif: Səxavət

Oxşar xəbərlər