23 Oktyabr 2018 17:16
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən silahlı bəluc qruplaşması “Ceyş ül- Ədl” ötən həftə girov götürdüyü iranlı hərbçilərin ad və şəkilini yayıb.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl girov götürülənlərin 14 nəfər olduğu bildirilsə də, “Ceyş ül- Ədl”in yaydığı bəyanatında 12 İran hərbçisinin adı çəkilib.

Bəyanatda bilirilir ki, təşkilatın yaraqlıları tərəfindən girov götürülən hərbçilərdən 5-i İran hüquq-mühafizə qüvvələrinin əməkdaşı, 7-si isə İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) muzdlularıdır.

Bəyanatda girovların hazırkı durumu və onların harada saxlanıldığı açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 16-da İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərində silahlı bəluclar 14 iranlı hərbçisini girov götürüblər.

Hadisədən az sonra İranda sünni bəlucların milli və dini haqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (“Ədalət ordusu”) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər