Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Camal Qaşıqçının ailəsinə zəng edərək olaya görə dərin kədər hissi keçirdiyini bildirib. Rəcəb Tayyib Ərdoğan prosesi yaxından izləyəcəyini, cinayətin aydınlaşması üçün hər şey ediləcəyini vurğulayıb.
Camal Qaşıqçının oğlu Abdulla və digər ailə üzvləri ilə danışan Türkiyə prezidenti mərhuma rəhmət, ailəsinə səbr və dözüm diləyib.