24 Oktyabr 2018 14:18
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş iqtidar partiyası olan “Respublika” hələ də intiqam almaq cəhdlərini dayandırmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bir müddət əvvələ qədər bir sıra qüvvələr Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ətrafında birləşməyə cəhd edirdilər:

“Lakin bu təşəbbüs uğursuz yekunlaşdı, çünki erməni ictimaiyyəti buna mane oldu. “Respublika” ikinci intiqam cəhdini oktyabrın 2-də etdi, həmin vaxt bütün gücü ilə erkən parlament seçkilərinin qarşısını almağa çalışdı. Lakin 2 saatdan sonra 80 min Ermənistan vətəndaşı parlament binasının qarşısına toplanaraq, onların bu cəhdlərinin qarşısını aldı”.

Paşinyan qeyd edib ki, “Respublika” Partiyası üçüncü cəhddə parlament seçkilərinin köhnə sistemdə keçirilməsinə çalışsa da, bu addımında da uğursuz oldu:

“Əgər inqilab etmək istəyirsinizsə, əvvəlcə xalqın hansı tərəfdə dayandığına baxmaq lazımdır. Xalqın gücündən daha güclü olduğuna inananlar heç vaxt inqilab edə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər