25 Oktyabr 2018 01:38
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinən səudiyyəlilərin vizasını ləğv edəcək.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey məlumat yayıb.

O, jurnalistin qətlini qınadığını söyləyib: "Şübhəlilərdən kiminsə vizası varsa, bu gündən onların İngiltərəyə daxil olmasına icazə verilməyəcək və vizaları ləğv olunacaq".

Qeyd edək ki, daha əvvəl ABŞ Qaşıqçı olayında şübəlilərlə bağlı sanksiya tətbiq olunacağını açıqlamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər