Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Suud arasında telefon danışığı olub.
Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı, energetika məsələlərini, Suriyada və Yaxın Şərqdəki vəziyyətini müzakirə ediblər. Telefon danışığının əsas müzakirə mövzularından biri də İstanbuldakı konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı olub.
Kral həmçinin Putinin Rusiyaya səfər dəvətini qəbul etdiyini bildirib.