Teleqraf.com bir neçə gün davam edən döyüşlərin ardınca İraq qaçqınlarının Sincar dağından çəkilməsi barədə İraq və Suriyada olan BBC müxbirlərinin reportajını təqdim edir:
Kürd döyüşçüləri Sincar dağlarında 5 gün ərzaqsız və susuz qalan qaçqınları Suriyanın şimal-şərqindəki Derik şəhərinin Novruz düşərgəsinə aparırlar.
"İslam Dövləti (İD) döyüşçüləri yüzlərlə adamı qətlə yetirib, onların başını kəsib, yüzlərlə qadını özlərilə aparıb. Biz ölürük - Yezidi azlığı soyqırıma məruz qalıb”, - 65 yaşlı qaçqın Xidier Şamo deyir.
Şəkildəki iki bacı və onların ailəsi bu fotonun çəkilməsindən cəmi iki saat əvvəl kürd döyüşçüləri tərəfindən dağlarda aşkar olunub. Susuzluqdan əziyyət çəkdiyinə görə maşından tullanıb çıxmağa tələsən bacılardan birinin ayağı burxulub.
"Ailəmlə birlikdə dağlarda 12 kilometr yol gəlmişəm. Uşaqlarım susuzluq və ishaldan əziyyət çəkir. Qohumlarımın hamısını itirmişik”, - bacılardan biri deyib. Bu arada 65 yaşlı qaçqın Farman Jendi (sağda) baş verənləri "siyasi və iqtisadi yox, dini müharibə” kimi dəyərləndirir
"İD-nin istədiyi kimi heç vaxt İslamı qəbul etməyəcəyik, biz ölümü üstün tuturuq”, - 18 yaşlı Amina Kalo deyir.
Qaçqınlar Sincar dağlarını təhlükəsiz dəhlizlə tərk ediblər. Dağlıq bölgənin kələ-kütür yollarını yalnız yük maşınları qət etməyə qadirdir.