28 Oktyabr 2018 00:59
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqda atışma nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” NBC-yə istinadən xəbər verir ki, bu barədə Pittsburq şəhərinin İctimai Təhlükəsizlik Departamentinin rəsmi məlumatında deyilir.

Hadisə qurbanları arasında uşaqların olmadığını bildirilir.

Departamentdən həmçinin qeyd olunub ki, atışma nəticəsində 6 nəfər yaralanıb ki, onlardan da 4-ü polis əməkdaşıdır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı vəziyyəti izlədiyini bildirib.

21.41

ABŞ-da Pittsburq şəhərində yerləşən sinaqoqda atışma baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə zamanı 8 nəfər həlak olub.

Hadisə şahidləri bildirib ki, naməlum şəxslə hadisə yerinə gələn polis əməkdaşları arasında atışma baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər