Ermənistan parlamentində bu gün deputatların üçdə biri baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamenti informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan deyib.
Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da Ermənistanın baş naziri vəzifəsindən istefa vermişdi.