İtaliyada Yaxın Şərqə ixrac üçün nəzərdə tutulan yüzlərlə “Maserati” markalı avtomobil yararsız hala düşüb.
Teleqraf.com xəbər verir ki, Savona limanında saxlanılan avtomobillər su altında qalıb. Nəticədə avtomobillərin akkumulyatorlarında qısaqapanma olub. Bu isə onların partlayaraq alışmasına səbəb olub.