Tanınmış türkiyəli müğənni Sila sevgilisi Əhməd Kural tərəfindən döyülməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Sila İstanbul məhkəməsinə gələrək sevgilisi Əhməd Kuraldan şiddət gördüyündən şikayət edib. Məhkəmə Silanın 3 ay müddətinə mühafizəsi ilə bağlı qərar çıxarıb.
Məhkəmə binasından çıxan müğənninin gözündəki qırmızı ləkələr diqqətdən yayınmayıb və bu, siosial medianın gündəminə çevrilib. Bu sırada qara eynək taxan Silanın gözünün kənarındaki iz maraq doğurub və müğənninin döyülməsi xəbərinin sürətlə yayılmasının ardından onun qolunun da göyərdiyini əks etdirən şəkillər də ortaya çıxıb.