3 Noyabr 2018 01:18
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyada tədqiqatçı jurnalist Yan Kuçiakın və nişanlısının bu ilin fevralında qətlə yetirilməsindən doqquz ay sonra təhqiqatçılar cinayət işini yekunlaşdırmaq üzrədirlər.

Teleqraf.com xəbər verir ki, jurnalistin qətli Slovakiyada siyasi böhrana səbəb olub və hökumətin istefası ilə nəticələnib. Yerli və xarici medianın diqqətində olan qətl hadisəsi ilə bağlı dörd nəfər həbs edilib. Hazırda Slovakiyanın prokurorluq orqanları həmin şəxslərə qarşı inkarolunmaz sübutlara malik olduqlarını bəyan ediblər və cinayət işinin tezliklə məhkəməyə çıxarılacağı gözlənilir. Baş prokurorluq cinayət əməlinin törədilməsi üçün cinayətkarlara 70 min avro ödənildiyini bəyan edib.

Korrupsiya halları ilə bağlı araşdırmalar aparan jurnalistin məhz ifşaedici yazılarına görə qətlə yetirilməsinə dair mətbuatda geniş məqalələr dərc olunsa da, qətlin arxasındakı sifarişçinin kimliyini məhkəmə müəyyən etməli olacaq.

Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər