3 Noyabr 2018 12:02
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda öldürülmüş səudiyyəli jurnalist Camal Qaşıqçı haqda “Vaşinqton Post” qəzetinə məqalə yazıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan məqalədə Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gələn jurnalistin soyuqqanlı şəkildə qətlə yetirildiyini bildirib.

Prezident yazır ki, Səudiyyə Ərəbistanının Camal Qaşıqçının öldürülməsi ilə bağlı cavab verməsi vacib olan bir çox suallar var. Eyni zamanda, Ərdoğan bu sui-qəsdin əvvəldən planlaşdırıldığını da iddia edib.

Türkiyə prezidenti yazır:

“Camalın cəsədi haradadır? Səudiyyəli səlahiyyətlilərin cəsədin təhvil verdiklərini iddia etdikləri yerli işbirlikçi kimdir? Bu incə ruhlu insanın qətlinə fərmanı kim imzalayıb? Təəssüf ki, Səudiyyə yetkililəri bu suallara cavab verməkdən imtina edirlər.

Cinayəti törədənlərin tələsik Səudiyyə Ərəbistanına göndərilən 18 nəfərin içində olduğunu bilirik. Eyni zamanda, həmin şəxslərin Türkiyəyə Camalı öldürmək əmrini yerinə yetirməyə gəldiklərini də bilirik. Son olaraq, Camalın öldürülməsi əmrinin Səudiyyə Ərəbistanı hökumətinin ən yüksək pillələrindən verildiyini də yaxşı bilirik”.

Rəcəb Tayyib Ərdoğan jurnalistin öldürülməsinin arxasında Səudiyyə kralının dayanması haqda yayılmış məlumatlara da toxunub: “Camal Qaşıqçının öldürülməsi əmrinin Xadim ül-Harameyn kral Salmanının verdiyinə inanmaq qətiyyən mümkün deyil. Başqa sözlə, bu sui-qəsd Səudiyyə Ərəbistanının yürütdüyü siyasəti əks etdirmir”.

Prezident məqalədə vurğulayır ki, 18 şübhəlini Türkiyədən tələsik çıxaran Ər-Riyadın Türkiyədən qaçan baş konsul barədə tədbir görməməsi narahatlıq yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər