3 Noyabr 2018 19:47
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Avropa və ABŞ-dan uzaqlaşma siyasətini davam etdirsə, NATO üzvü olan rəqibdən müttəfiqə çevrilə bilər. Bu vəziyyətdə hərbi müttəfiqlik inkişaf edəcək və “S-400”lər də daxil olmaqla, müştərək hava hücumundan müdafiə sistemi qurmaq mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyada nəşr olunan “Arsenal Oteçestva” hərbi jurnalının eksperti Aleksey Leonkov deyib.

Ekspertin sözlərinə görə, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini sığortalamaq və özünə etibarlı müttəfiqlər qazanmaq istəyirsə, Rusiya və Çinin texniki və iqtisadi proyektlərinə qoşulmaq haqda düşünməlidir:

“Hazırda Ankara bu işlə məşğuldur. Nəzərə almaq lazımdır ki, sərhədlərin təhlükəsizliyini təmin etmək üçün təkcə “S-400”lər kifayət etmir. “S-400”ləri “Tor”, “Buk-M2”, “2Buk-M2E2” kimi qısa və orta mənzilli komplekslərlə gücləndirmək lazımdır.

Bu komplekslər “S-400”lərlə birlikdə hava hücumundan müdafiə sistemlərini təşkil edir. Bunların da radar və ya radar stansiyalarına ehtiyacı var.

Öz radar sistemini istehsal edən Türkiyə bunu xaricdən aldığı sistemlərlə gücləndirmək istəyirsə, Rusiyanın bunun üçün güclü potensialı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər