Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan iki dəfə təhlükəsizlik səbəbindən mənzildən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirlik ofisinin rəhbəri Eduard Ağacanyan məlumat verib.
O, Sərkisyana bir neçə evin təklif edildiyini bildirib:
“Serj Sərkisyan iki dəfə ona təklif olunan mənzildən imtina edib. İmtina səbəbini təhlükəsizliklə əlaqələndirib. Qanuna görə, təqaüdə çıxmış prezident dövlət tərəfindən evlə təmin olunur. Əgər Sərkisyan hər dəfə ona təqdim edilən evdən imtina etsə, bu problemi həll etmək mümkün olmayacaq”.
Qeyd edək ki, bir müddət əvvəl hökumət kottecinin açarlarını təhvil verən Serj Sərkisyan Dzorağbur kəndinə Mixael Minasyanın evinə kürəkəni köçüb.