İŞİD və YPG terror təşkilatları arasında silahlı qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, Suriyanın Raqqa şəhərində baş verən qanlı toqquşmada 50 nəfər həlak olub.
İŞİD gözlənilmədən YPG qüvvələrinin Raqqadakı mövqelərinə qarşı hücuma keçib. YPG-nin Əl-Nüsrət nəzarət məntəqəsinə təşkil edilən bombalı hücumda silahlı kürd qruplaşması xeyli sayda itki verib.
Qeyd edək ki, keçən il PYD/YPG qüvvələri ABŞ-ın liderliyindəki koalisiya qüvvələri ilə birlikdə Raqqanı İŞİD-in nəzarətindən alaraq, öz qüvvələrini bölgəyə dislokasiya ediblər.
YPG-nin bu addımının iki terror təşkilatı arasında müharibəyə səbəb olacağı ehtimal edilirdi.