Brüssel məhkəməsi keçmiş Belçika Kralı II Albertin qızı olduğunu bildirən Delpin Boelin iddiası üzrə 3 ay ərzində DNT analizinin keçirilməsi haqqında qərar çıxarıb.
Teleqraf.com xəbər verir ki, DNT analizi II Albertin Delpinin bioloji atası olub-olmadığını müəyyən etməlidir.
Xatırladaq ki, Delpin Boel 2013-cü ildə öz tacını oğlu Filipə təhvil verən II Albertə qarşı məhkəmə davası açıb. O, 5 ildir sabiq kralın onun atası olduğunu bəyan edir və bunu faktlarla təsdiq etməyə çalışır.
Ötən il Brüssel məhkəməsi 1978-ci ilə qədər Delpin Boelin onun anası ilə yaşayan biznesmen Jaques Boenin “qanuni” qızı olduğuna dair qərar vermişdi. Məhkəmə qərarına görə, Delpin Boel faktiki iş adamının yanında böyüyüb.
Lakin Belçika məhkəməsi bu qərarı ləğv edib və Delpin Boelin hüququ atasının olmadığına dair qərar verib.
Ölkə mediası isə xəbər yayıb ki, II Albert uzun illər Boeli müntəzəm ziyarət edib, yalnız məhkəmə iddiası ortaya çıxdıqdan sonra ziyarəti dayandırıb.
II Albertin vəkilləri 84 yaşında olan müştərisinin DNT analizini rədd etmək haqqı olduğunu iddia edir. Hüquqşünaslara görə, sabiq kralın DNT analizini rədd etməsini faktiki Boelin atası olduğunu qəbul etməsi kimi dəyərləndirir.