6 Noyabr 2018 17:49
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ prezidentləri arasında növbəti görüş “G-20” sammiti çərçivəsində Buenos-Ayresdə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov prezidentlərin Argentinadakı görüşdə müzakirə edəcəkləri mövzuları yaxın günlərdə Parisdə bir araya gələrək razılaşdıracaqlarını istisna etməyib.

Peskov Paris təmaslarının qısa olacağına diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp isə bundan əvvəl açıqlama verərək rusiyalı həmkarı Vladimir Putinlə Parisdə görüşəcəyinə əmin olmadığını demişdi:

“Çox güman ki, Putinlə Parisdə yox, Argentinada görüşəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər