Camal Qaşıqçının cəsədini parçalara ayırıb, asit turşusu ilə əritdikdən sonra quyuya töküblər.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Cəzirə” agentliyi Türkiyə prokurorluq orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, jurnalistin cəsədinin qalıqları konsulluq bağçasındakı quyuya atılıb.
Orada Türkiyə hüquq-mühafizə orqanlarına axtarış aparmağa icazə verilməsə də, götürülən nümunələrdə asit və digər kimyəvi maddələrə rast gəlinib.
Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.