9 Noyabr 2018 19:30
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin avqust ayında Yəməndə məktəbli avtobusunu vuraraq 40 şagirdin ölümünə səbəb olan Səudiyyə Ərəbistanı təəccüblü paylaşımla diqqət mərkəzinə çıxıb.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə “Yəmən xalqının yanındayıq. Sizin balalarınız bizim balalarımızdır” yazılan foto paylaşıb.

Bununla da Yəməndə hava əməliyyatları keçirdiyinə görə beynəlxalq aləmin tənqidlərinə tuş gələn Ər-Riyad Yəmən xalqının “yanında” olduğunu ifadə edib.

Ancaq Səudiyyənin Xarici İşlər Nazirliyinin paylaşdığı bu foto və sözlər əks-reaksiya yaradıb. Sosial şəbəkənin əksər istifadəçiləri “Həm uşaqları öldürmək, həm də sizin uşaqlarınız, bizim uşaqlarımızdır demək ironikdir” şərhləri yazıblar.

Bir müddət əvvəl BMT-nin Yəmənlə bağlı hesabatında qeyd edilirdi ki, Səudiyyə Ərəbistanı liderliyində koalisiya gücləri Yəməndə bazarlara, səhiyyə strukturlarına, məktəblərə, cənazə və toy mərasimlərinə yönəlik hava hücumları nəticəsində 16 min mülki insan öldürülüb.


Müəllif: Cavad