13 Noyabr 2018 00:30
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Çin Dənizində baş verə biləcək müharibəyə hazır deyilik. Bu savaşı idarə edə bilmərik. Ona görə də bəladan uzaq durmalıyıq".

Teleqraf.com xəbər verir ki, bunu Filipin prezidenti Rodriqo Duterte Palavan adasında "Puerto Princesa City"də keçirilən festivalda çıxışı zamanı bildirib.

Duterte Çin, ABŞ və Avstraliya başda olmaqla Cənubi Çin Dənizi ilə maraqlanan bütün ölkələrə səslənərək baş verə biləcək müharibədən uzaq durmağa qərar verdiklərini bildirib.

Çin 1947-ci ilin xəritəsinə əsaslanaraq Cənubi Çin Dənizinin 80 faizinə iddia edir. Filippin, Bruney və Malayziya da dənizə iddialı ölkələrdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər