Ermənistanın Gümrü rayonundakı 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçuları arasında qarşıdurma olub.
Teleqraf.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Şirak vilayətinin Gümrü polis idarəsinin Kumayriy bölməsinə gecə saat 03։00 radələrində Mazmanyan-2 ünvanında iki şəxsin yüksək səslə təhqiramiz ifadələr işlətdiyinə, mübahisə etdiyinə dair şikayət daxil olub.
Polis sözügedən ünvanda evlərdən birinin birinci mərtəbəsində 102-ci hərbi bazanın artilleriya divizionunun ikinci batareyasının rabitəçisi, 21 yaşlı Vladislav Romadin və həmin bazanın sürücüsü 20 yaşlı Dmitriy Krasninin dalaşdığı aydınlaşdırıb.
Faktla bağlı araşdırma aparılır.