14 Noyabr 2018 14:42
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və ABŞ 2007-ci ilə qədər Rusiya tərəfindən istifadə edilən Vaziani hərbi aerodromunun yenidən qurulmasını razılaşdırıb. İstifadəyə verildikdən sonra bura Amerikanın ən böyük hərbi hava təyyarələri də enə biləcək.

Teleqraf.com xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında gürcü hərbi ekspert İrakli Aladaşvili deyib.

Ekspertin sözlərinə görə, təhdid vəziyyətində ABŞ və NATO qüvvələrinin sürətli şəkildə Cənubi Qafqazda yerləşdirilməsinə ehtiyac var.

Aladaşvilinin iddiasına görə, ABŞ və NATO komandanlığı bu məqsədlər üçün təsadüfən Vazianini seçib.

O xatırladıb ki, burada hərbi aerodrom 1942-ci ildə tikilib və strateji mövqeyi nəzərə alınmaqla bütün Cənubi Qafqazın hərbi infrastrukturunun qurulmasında əsas rol oynayıb.

1992-ci ildə Rusiya Vazianidən təyyarələrini geri çəkdi, amma orada hərbi bazanın qurulması üçün əlverişli infrastruktura toxunmadı. Aerodrom rəsmi olaraq, 2001-ci ildə Gürcüstana verilib. Lakin Rusiya qoşunlarının çıxarılması 2007-ci ilə qədər davam edib, beş günlük müharibədən bir neçə ay öncə…

“Gürcüstan NATO ölkələrinin iştirakı ilə Vazianidə tez-tez hərbi təlimlər keçirir və dənizlə müqayisədə burada hərbi texnikalardan istifadə etmək daha rahatdır”, - deyə Aladaşvili deyib.


Müəllif: Mənsur Rəğbətoğlu