15 Noyabr 2018 07:17
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Təkirdağ vilayətinin Çorlu rayonunda Atatürkün heykəlinə balta ilə hücum edən, daha sonra baltasını çarşabının altında gizlədərək qaçan Çiğdəm B. məhkəmədə ədliyyə nəzarətinə verilmək şərtilə sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, qadın heykəlin ayaq hissəsinə balta ilə vurmuşdu. O, ətrafda olan insanların təpki göstərdiyini görərək baltasını da gizlədərək ərazidən uzaqlaşmışdı. Hücumdan sonra Təkirdağ polisi şahidlərdən ifadə alıb, müşahidə kameralarına baxış keçirib. Qadın elə küçədə ikən hücumda istifadə etdiyi balta ilə birgə yaxalanıb. Nəzarət altına alınan qadının evli və 30 yaşlı olduğu məlum olub.

Qadının hadisə yerində buraxdığı qeyddə "Rəhman və Rəhmli Allahın adı ilə. Allah əmrində qalibdir. Yusif Surəsi, 21-ci ayə" sözləri tapılmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər