15 Noyabr 2018 12:36
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində bacısını narahat edən Musa adlı şəxs yük maşını sürücüsünü tüfənglə vurub.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 01 KAG 73 dövlət nömrə nişanlı yük avtomobilini idarə edən Ərxan adlı şəxs küçədə iki nəfər tərəfindən silahlı hücuma məruz qalıb. Baş və kürəyindən güllə yarası alan yük maşını sürücüsü Adana şəhər xəstəxanasına çatdırılıb.

Polisin apardığı əməliyyat nəticəsində Musa və Savaş adlı şəxslər yaxalanıb. Musa ilkin ifadəsində vurduqları yük maşını sürücüsünün bacısını narahat etdiyini söyləyib. Onun sözlərinə görə, Ərxan bir neçə dəfə telefonla və küçədə onun bacısını narahat edib: “Namus məsələsinə görə onu güllələdim”.


Müəllif: Leyla

Oxşar xəbərlər