“Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Feysbuk sosial şəbəkəsində yazır ki, biz konstruktiv müxalifət olacağıq. Vigen Sərkisyan və Respublikaçı Partiyasına sual vermək olar, konstruktiv müxalifət deyəndə nəyi nəzərdə tutur? Bu kimi həssas məqamlarda fikir ayrılığı yaradan söz deyirlər, sonradan bunu “siyasi bəyanat” adlandırırlar.
Məsələn, vaxtilə Serj Sərkisyan müdafiə naziri olanda Ağdamın bizim vətənimiz olmadığını və torpaqların artırılması məntiqinə uyğun olmadığını, buna görə də boşaldılacağını demişdi. Lakin belə bir bəyanat verən müdafiə naziri istefaya göndərilmədi, əksinə bir ildən sonra Respublikaçı Partiyasının əvəzedilməz liderinə çevrildi”.
Teleqraf.com xəbər verir ki, bu sözləri erməni politoloq Akop Badalyan deyib.
Ekspert Serj Sərkisyan və partiyasını bacarıqsızlıqda ittiham edib:
“Hakimiyyətdə olduğu dövr ərzində təkcə sözdə “Kazan sənədi”ni təsdiqləməyə müvəffəq oldu. 2016-cı ilin aprel ayında Azərbaycanla döyüşlər də, Serj Sərkisyanın səhvi idi.
Bütün bu vaxta qədər, Ermənistan Respublikaçı Partiyası səssizcə güzəştləri nəzərdən keçirdi. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri haqda da bir söz demədi. Üstəgəl, indi də Nikol Paşinyana kömək etməyə hazırlaşırlar”.
Akop Badalyan hesab edir ki, Serj Sərkisyan və komandasının Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün resursları tükənib.